"Sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşması günün tələbidir"

SOSİAL
22:17 / 24.04.2025
46

Bu gün əhalinin böyük hissəsi internetdə sosial şəbəkələrin mövcudluğundan xəbərdardır, bir çoxları bu şəbəkələrin fəal iştirakçısıdır.

Lakin onların imkanlarından məqsədyönlü şəkildə istifadə edənlərin sayı təəssüf ki, azdır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yeni texnologiyalar və onların sayəsində mövcud olan sosial şəbəkələr vasitəsilə bir çox problemlər həll olunur:

“Virtual məkanda ünsiyyət iştirakçıları bəzi hallarda məsuliyyətsizlik nümayiş etdirir, mədəni ünsiyyət normalarını və əxlaq qaydalarını pozur, saxta profillər yaradaraq, digər iştirakçıların şərəf və ləyaqətinə xələl gətirən fikirlər səsləndirir, nalayiq ifadələrə və təhqirə yol verirlər. Bu cür hallar mütləq qaydada ictimai qınaq obyektinə çevrilməli, onların qarşısı kəskin şəkildə alınmalıdır. İfadə sərbəstliyi heç bir halda özbaşınalığa gətirib çıxarmamalıdır. İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir. Sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşması günün tələbidir”.

Sevinc

0