"Hakimiyyətin 48 qanunu" kitabına əsasən, həyatınızda ola biləcək insanlar arasında ən təhlükəlisi - bədbəxt və uğursuz insanlardır.
HİT.az xəbər verir ki, bu barədə "yourtango.com" portalına istinadən "TikTok" blogeri Soma Çxayya danışıb.
"Bu, sənin həyatında ola biləcək sözün əsl mənasında ən təhlükəli insandır. Əgər belə biri həyatındadırsa, münasibəti dərhal kəsməyi tövsiyə edirəm", deyə o bildirib.
BloGerin fikrincə, bu cür insanlar yalnız sizin enerjinizi tükəndirəcək və həyatınıza bədbəxtlik gətirəcəklər.
O vurğulayıb: “Başqasının bədbəxtliyindən sən də həlak ola bilərsən. Emosional hallar da xəstəliklər kimi yoluxucudur. Elə bilirsən, kiməsə kömək edirsən, əslində isə özünün süqutunda iştirak edirsən”.
Çxayya əlavə edib ki, xroniki şəkildə bədbəxt və neqativ düşüncəli insanlar nəinki özlərinə, həm də ətrafdakılara fəlakət gətirirlər. BloGer bildirib ki, bu insanlar adətən başlarına gələnlərə görə məsuliyyət götürmürlər, başqalarının xoşbəxtliyi və uğuru isə onlarda qısqanclıq və narahatlıq yaradır. Bu səbəbdən də başqalarını öz ümidsizliklərinə cəlb etməyə çalışırlar:
"Sonda bu hal sənə də keçir. Enerji yoluxucudur və sən yaxşı enerjiyə yoluxmağa can atmalısan, pis enerjiyə yox".
Bloger qeyd edib ki, müvəqqəti çətin dövr yaşayan insanla, daim neqativlik və xaos içində yaşayan insanı fərqləndirmək vacibdir.
Samir