Uşaqlara “olmaz” necə deyilməlidir?

SOSİAL
17:38 / 30.04.2025
46

Uşaqlar “olmaz” ifadəsi ilə qarşılaşdığı zaman buna etiraz edir ya qəbul etmir.

Məsələn, valideynlər deyir: “Bu oyuncaqla oynama, “Onu etmə, bu olmaz” kimi ifadələr uşaqların sevmədiyi kəlmələrdir.

Ümumiyyətlə, uşaqlara “olmaz” necə başa salınmalıdır?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqların maraqlarını başa düşmək vacibdir:

 “Uşaq üçün qadağa olan şeyi əvəzləmək, onların marağını başqa yolla yönləndirmək əhəmiyyətlidir. 

“Bu oyuncağı götürmək olmaz, amma başqa bu oyuncağı götürə bilərsən” -deyərək, onların diqqətini çəkmək olar. Uşaqlara “olmaz” elə dildə izah edilməlidir ki,  o ondan travma almasın, əksinin etdiyinin səhv olduğunu özü dərk etsin”.

Sevinc

0