Ailələr niyə tək uşağa üstünlük verir?

SOSİAL
19:25 / 13.05.2025
48

Bu gün ailələr bir və ya iki uşağa üstünlük verir.

Ailənin tək uşağı olmağın həm üstün, həm də mənfi cəhətləri var. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, indi uşaqların tək böyüməsi elə də problemli deyil:

"Uşaq bağçaları kifayət qədərdir ki, uşaqlar məhz həmin bağçalarda onlarla bacı-qardaşa sahib olurlar. Uşağın sayı, məncə, elə də vacib deyil. Tək uşaqdırsa, onu müxtəlif dərnəklərə, musiqi məktəbinə yazdırmaq, idmana qoymaq olar. Bu yollarla uşaq cəmiyyətə qarışacaq və problem yaşamayacaq. Tək uşağa sahib olmağın əsasında maddi vəziyyət dursa da, çox vaxt uşaqların özləri də ikinci uşağı qəbul etməkdə çətinlik çəkirlər. İkinci uşağın olması ilə ilk uşaq unudulacağı qorxusunu yaşayır ki, bu da uşağa psixoloji təsir edir”.

Sevinc

0