Nə üçün ailə psixoloqlarına ehtiyac var?

SOSİAL
14:08 / 14.05.2025
58

"Azərbaycanda ailə psixologiyasının inkişafı hələ də məhdud olsa da, bu sahənin əhəmiyyəti getdikcə daha çox anlaşılır". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ailə psixoloqları ailə üzvləri arasında münasibətləri gücləndirərək, qarşılıqlı anlayış və dəstəyi artırmağa kömək edirlər:

"Onlar, ailə üzvlərini həm açıq və səmimi ünsiyyətə təşviq edirlər, həm də anlaşılmazlıqların və mübahisələrin qarşısını alırlar. Seans zamanı ailə üzvləri bir-birinə qarşı empatiya qurmağı və hisslərini düzgün ifadə etməyi, çətin həyat hadisələri ilə daha yaxşı başa çıxmaq üçün lazım olan bacarıqları öyrənirlər". 

373472

Ekspert qeyd edib ki, ailə psixologiyası ailə üzvləri arasında qarşılıqlı anlayış və dəstəyi artıraraq, ailə birliyini qoruyur:

"Çox təəssüf ki, Azərbaycanda inkişaf etməsə də, əksər ölkələrdə hər kəsin fərdi ailə psixoloqları var. Ailə üzvləri həyatda yaşadıqları çətinlikləri, eləcə də cütlüklər aralarında yaşadıqları problemləri doğru qaydada həll etmənin yolunu bilirlər.

Lakin ailə psixoloqunun vəzifəsi bununla da bitmir. Onlar, cütlüklərin hər hansısa bir səbəbdən boşandıqları zaman sağlam psixologiyada ayrılmalarını, əgər uşaq varsa, onunla düzgün şəkildə danışaraq doğru psixologiyada olmasına kömək edirlər". 

Mütəxəssis vurğulayıb ki, sözügedən psixoloqlar ailə üzvləri arasında qarşılıqlı anlayış və dəstəyi artıraraq, ailə münasibətlərinin sağlam inkişafına töhfə verirlər:

"Əgər evlənəcəyiniz şəxslə psixoloji olaraq uyğun olduğunuzu, xarakterinizin uyumluluğunu bilmək istəyirsinizsə, habelə ailəniz də hər hansısa bir problem yaşayırsınızsa, bunu yad insanlara deyərək səhv dəstək almayın. Əksinə, ailə psixoloquna müraciət edərək daha sağlam qərarlar alın. 

Unutmayın, psixoloqlar sizi yarğılayan yox, hər situasiyada yanınızda olaraq sizə doğru yolu göstərən şəxslərdir. Ailə psixoloquna yalnız evli insanlar deyil, həm də cütlüklər müraciət edə bilər. Ümumiyyətlə, sağlam ailə sağlam təməllə qurular. Sağlam təməlli ailə qurmaq istəyirsinizsə, o zaman ailə psixoloquna müraciət edə bilərsiniz".

Pərviz

0