Bölgələrdə pandus problemi

SOSİAL
22:55 / 15.05.2025
36

Fiziki məhdudiyyətli şəxslər demək olar ki, hər gün eyni çətinliklə qarşılaşırlar. Onlar sözün əsl mənasında yolun digər tərəfinə keçmək uğrunda mübarizə aparırlar.

Bu gün bu problem daha çox bölgələrdə müşahidə edilir.

Bakı paytaxt olduğu üçün məlum məsələ qisməndə olsa həll olunub. Ancaq rayonlarda vəziyyət fərqlidir. 

İstər xəstəxanalar, istər hotellər, istər məktəb, istərsə də iaşə obyektlərində pandus problemi yaşanır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, pandus hər bir yerdə olmalıdır:

“İlk növbədə fiziki qüsurlu insanları düşünməliyik. Bölgələrdə istənilən restoran, xəstəxana və digər obyektlərdə pandus problemi yaşanır. Iaşə obyekti açan şəxs ilk olaraq, o insanları düşünüb, pandus yaratmalıdır. Rayon icra hakimiyyətləri  bütün obyektlərə pandusun olması üçün şərt qoymalıdır. Bakıda bu problem demək olar ki, həll olunub. Ancaq rayonlarda vəziyyət fərqlidir. O insanlar istirahət üçün rayonlara getmək istəmir, çünki rahat hərəkətləri üçün şərait yaradılmayıb”.

Sevinc

0