Dərsi yaxşı oxumayan uşaqlarla necə davranmalı?

SOSİAL
23:32 / 16.05.2025
40

Bəzən uşaqlar oxuyub-yazmaqda çətinlik çəkirlər. Bu hal uşaqları öz həmyaşıdlarından geri salır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqlara məktəbdə müəllimlər nəyisə gec qavradığına görə sərt reaksiya verməməli, özgüvənlərini sarsmamalıdır. 

“Çox vaxt müəllimlər valideynlərə deyir ki, uşağınızda problem var, geri qalır və s. Əksinə, disleksiyası olan uşaqların məktəbdə yaxşı oxuya bilmə potensialı yüksək olur, çünki onların zəka cəhətdən heç bir problemi yoxdur. Sadəcə, onlara vaxtında diaqnoz qoyulmalı və düzgün proqramla psixoloq nəzarətində bu problemlər aradan qaldırılmalıdır. Həmin uşağı alçatmaq, zəifsən kimi aşağılamaq düzgün deyil. Bu hal həmin uşağın özgüvənini aşağı salacaq".

Sevinc

0