Uşağın psixologiyasını pozan oyuncaqlar

SOSİAL
20:35 / 19.05.2025
44

Bu gün uşaq oyuncaqlarının satıldığı mağazalarda kiçiklər üçün nəzərdə tutulan müxtəlif növ əyləncə vasitələriən rast gəlmək mümkündür.

Satılan oyuncaqlar arasında kifayət qədər qorxulu oyuncaqlar var. 

Halbuki , həmin oyuncaqlar uşaq psixologiyasına mənfi təsir edir.

Psixoloq Aynur Əliyeva Hitaz-a deyib ki, qorxulu oyuncaqlar şüuraltına həkk olunur: 

“Oyuncaqlar ilkin olaraq uşaqlara nəyisə öyrətmək üçün nəzərdə tutulub. Amma elə oyuncaq var ki, uşağa heç nə öyrətmir. Yaxud da psixoloji zərbələrin yaranmasına gətirib çıxarır. Həmin zərbələr özünü bu gün göstərmir. Zaman-zaman uşağın davranışına təsir göstərir. Yeniyetməlik dönəmində təsir daha da arta bilir. Bundan başqa, valideynlər bəzən oyuncaqları cinslərə görə düzgün vermirlər. Bu da uşaqların bir fərd kimi böyümələrinə mənfi təsir göstərir. Elə oyuncaqlar var ki, uşaqlara tələb olunan yaşından tez verilir. Bu isə hətta ailədaxili münasibətlərə təsir edir. Yaxşı olardı ki, ölkəmizdə ixtisaslaşmış uşaq dükanları olsun ki, valideyn oyuncağın təyinatını bilsin. Belə olan təqdirdə, onlar zərərli oyuncaqlardan uzaq dayanacaqlar”.

Sevinc
 

0