"Ailə dəyərlərinə önəm verilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, nəsildən-nəslə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə mərhəmət, vətəni və torpağı sevmək, valideynlərinə hörmət etmək - bütün bunlar Azərbaycan ailələrinə xas xüsusiyyətdir. Sevindirici haldır ki, Azərbaycanda gənclərin 75-80 faizinin ailə bağları möhkəmdir".
Bu fikri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.
O bildirib ki, Azərbaycan ailəsi əsrlərin sınağından çıxmış qranit möhkəmliyini qoruyub saxlayır:
"Son zamanlar Azərbaycan ailələrində müəyyən çatlar müşahidə olunur. Boşanmalar artır, hər kəs daha emosianal olub. Ancaq Azərbaycanın ailə dəyərləri heç bir ölkədə yoxdur. Ailə bizim üçün hər şeydir, öncəliyimizdir".
Sevinc