Müasir dövrdə ali təhsilin keyfiyyətinin əsas göstəricilərindən biri məzunların yalnız hansı universiteti bitirdiyi deyil, hansı ixtisas üzrə və bu ixtisasın əmək bazarında nə qədər dəyər qazandığı ilə ölçülür.
Artıq dünya üzrə də bir çox ölkədə ali təhsil müəssisələrinin və proqramlarının dəyəri məhz ixtisaslar üzrə məzunların işlə təmin olunma səviyyəsinə görə müəyyən edilir.
Modern.az ölkədə fəaliyyət göstərən 31 universitetin məzunlarının məşğulluq reytinqini araşdırıb. Reytinqə görə, 2018-2022-ci illər ərzində 31 universitetdə 366 ixtisas üzrə 103 min 396 məzunun 60 min 260-ı, təxminən 58.3 faizi işlə təmin olunub.
Ətraflı
Ad - 00:08
Məzunları ən çox iş tapan ixtisaslar
1. Biznesin təşkili və idarə edilməsi (tədris ingilis dilində) – 88.0%
2. Elektroenergetika mühəndisliyi (Avropa kredit sistemi ilə) – 81.3%
3. Biznesin idarə edilməsi (mühasibat uçotu üzrə) – 77.6%
4. Regionşünaslıq (Yunanıstan üzrə), əyani – 76.5%
5. Müalicə işi, əyani – 75.6%
6. Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) – 71.5%
7. Hava nəqliyyatının hərəkətinin idarə olunması – 68.4%
8. Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 68.3%
9. Neft-qaz mühəndisliyi (tədris ingilis dilində) – 68.0%
10. Hüquqşünaslıq (tədris ingilis dilində), əyani – 65.5%
Məzunları ən az iş tapan ixtisaslar
1. Ümumi iqtisadiyyat, əyani, ixtisaslaşma üzrə – 10.0%
2. İnstrumental ifaçılıq (fortepiano, nəfəs alətləri və s.) – 10.0%
3. Jurnalistika (tədris ingilis dilində), əyani – 10.0%
4. Neft-qaz yataqlarının işlənməsi və istismarı – 10.0%
5. Tərcümə (ingilis dili), əyani – 10.0%
6. Filologiya, əyani – 10.0%
7. Regionşünaslıq (Polşa üzrə), əyani – 10.0%
8. Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), əyani – 10.0%
9. Xarici dil və ədəbiyyat (ingilis dili və mədəniyyəti üzrə), əyani - 10.0%
10. Şərabçılıq, əyani – 10.0%