May ayının pensiyaları ödənildi

SOSİAL
15:32 / 23.05.2025
64

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə HİT.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

0