Gənc ailələr niyə övlad sahibi olmaq istəmir?

SOSİAL
18:52 / 23.05.2025
45

Əvvəllər böyük sevgilə qurulan ailələrin təməli dünyaya gələn övladlarla daha da möhkəmlənirdi. 

Ancaq indi ailə quran gənclərin düşüncəsi dəyişib. Gənclər uşaq sahibi olmaq istəmir.

Hətta bəzi gənc xanımlar "nə edirəm uşaq doğub" kimi fikirlər də səsləndirirlər. 

Digər qisim karyeranı əlində bayraq edib, ümumiyyətlə , uşaq dünyaya gətirməyi düşünmədiyini deyir.

 Adi bir insanın şəxsi fikri kimi görünən bu sözlərin kökündə isə təlqin edilmiş, beyinə yeridilmiş nəsnələrin dayandığı sezilir..

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, indiki gənclərin ailə qurduqları zaman tez bir zamanda uşaq sahibi olmaq istəməmələri onların vaxtı ilə istədikləri həyatı yaşamadıqlarından qaynaqlanır: 

“Onlar ilk növbədə öz maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyir. Onlar bunu gələcəkdə dünyaya gətirəcəyi uşaqları hər cür şəraitlə təmin etmək üçün istəyirlər. Uşaqların inkişafı üçün lazım olan hər şəraiti qurmaq istəyirlər. Bu tip şəxslər uşaqlıqda yaşadıqları əksiklikləri öz uşaqlarının da yaşamaması üçün çalışırlar. Karyerasını yaxşılaşdırmaqla gənc qadın dünyaya gətirəcəyi uşaqlarını yaxşı məktəblərdə oxutmağı, gözəl paltarlar geyindirməyi, gələcəkdə onların yaxşı işdə işləməsini təmin etmək istəyir. İstəyirlər ki, uşaqlıq acılarını bir travma kimi övladları da yaşamasın. Bunun üçün də uşağa ehtiyac duymurlar. Çünki, onların uşaqlıqları maddi-mənəvi durumları aşağı səviyyədə olduğu üçün uşaq haqqında düşünmürlər. Qarşıya qoyduqları əsas məqsəd maddi durumlarını yüksəltməkdir”.

Sevinc

0