Bu gün xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin sayı artmaqda davam edir.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, gənclər xaricə daha çox təcrübə keçmək, konkret bir ixtisasa yiyələnmək üçün gedirlər:
“Xaricə axının qarşısını almaq üçün beynəlxalq standartlara uyğun əməkhaqlarının təmini, münasibətlər sisteminin qurulması vacibdi. Təcrübəli həkimlərin axınının qarşısını almaq üçün hansısa formada onların stimulasiyası lazımdır. Həkimlərin maaşları elə də yüksək deyil. Şərait dəyişməlidir, münasibət dəyişməlidir. Həkimlərə tətbiq olunan sertifikasiya imtahanı ümumiyyətlə, biabırçılıqdır. Ali təhsili həkimləri sertifikasiya etmək düzgün deyil”.
Sevinc