Erkən nikah problemi davam edir

SOSİAL
20:00 / 23.05.2025
52

Azərbaycanda erkən nikah problemi illərdir yaşanır. 

Erkən nikah - uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımçıq qalan təhsildir. 

Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır: 

“Qızların erkən yaşda nikaha məcbur edilməsi cəmiyyətlər üçün dərin kök salmış stereotiplərin hələ də qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Yenə də valideynlər qız övladlarını təhsildən yayındırıb, erkən yaşda ailə qurmağa məcbur edirlər. Bu gün erkən nikahın qurbanı olanlar az deyil. Kimisə doğuş zamanı həyatını itirir, kimisi ailə basqılarını tab gətirmir. Ailələr məktəbyaşlı övladına gəlin paltarı deyil, məktəbli forması geyindirməkdə maraqlı olmalıdır".

Sevinc

0