Qurban bayramında nələr haram sayılır?

SOSİAL
18:18 / 27.05.2025
107

Qurban bayramına sayılı günlər qalıb.

Maraqlıdır, Qurban bayramı nələr haram sayılır, nələr olmaz?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, qurban bayramı müsəlman aləminin iki bayramından biridir və xalqımız da uzun əsrlərdir bu bayramı qeyd edir: 

"Milli ənənəmizə çevrilən bu bayram sevinc, şənlik bəxş etməklə yanaşı sosial münasibətlərin inkişafı, insanlar arasında ülfətin təzələnməsi üçün də xarakterikdir. Əsasən imkanlı adamların qurbanlar kəsərək, digərlərinə hədiyyə verməsi, hər evdə qazan asılması, inanclıların bayram namazı üçün məscidlərə toplaşması gözəl ənənə kimi qorunub saxlanılır. Qurban bayramı günü maddi imkanı çatan şəxslərə vacibdir ki, inək, camış, keçi, dəvə, qoyun kimi heyvanlardan Allah yolunda qurban kəssinlər. Bundan öz ailəsi üçün, qonşuları və imkansız insanlar üçün pay ayırsın. Heyvan Allahın adı ilə, yönü qibləyə kəsilməlidir. Qurban əti pulla satılmaz, pulla alınan ət də qurban sayılmaz. Böyük başlı heyvanları bir neçə şəxs şərikli də alıb kəsə, sonra bölə bilərlər. Kəsilən heyvanın başayağını, içalatını yollara, küçələrə atıb, antisanitariya yaratmaq olmaz. Dinimiz təmizliyi vacib sayan dindir. Bir tərəfdən savab qazanıb, o biri tərəfdən də bu savabı əldən vermək olmaz. Borcla, kreditlə, sələmlə qurban alıb kəsmək məqbul deyil. Yəni, sırf qurban üçün, xüsusi olaraq məhz qurban kəsmək üçün borc, kredit almaq olmaz. Yox, əgər adam haçansa başqa işlə bağlı yaxud işi ilə əlaqədar kredit, borc alıbsa, həmin puldan da hazırda əlində varsa bundan alıb kəsə bilər. Yəni, məqsəd budur ki, əsas imkanlı adamlar, varlı şəxslər bol qurbanlar kəssinlər və kasıblara paylasınlar".

Sevinc

0