İctimai nəqliyyatdan istifadə edənlər yaxşı bilir ki, cavanların yer verməməsi yaşlı nəsli əsəbləşdirir.
Hətta buna görə insidentlər belə baş verir.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ictimai nəliyyatda əgər kim istəyirsə, yaşlı adama, hamilə qadına və yaxud da uşaqlı anaya yer verəcək:
"Kimsə yer verməyəndə başlayırlar həmin adama təhqiramiz sözlər deməyə. Əslində o insanı günahkarlıqla yükləmək daha yaxşı olardı. Çünki , bu, insanın mənəviyyatı, daxili dünyası ilə bağlı bir şeydir. Yəni, qalxmasa belə içində o narahatçılığı, o diskamfordu hiss edir. Əlbəttə, çox yaxşı olardı ki, böyüklərə, xanımlara, hamilə, uşaqlı analara ictimai nəqliyyatda imkan olduqca yer verilsin. Ancaq bundan sui-istifadə halları düzgün deyil. Bu, gələcəkdə gənc nəsillə yaşlı nəsil arasında böyük uçuruma səbəb ola bilər. Həmçinin, kişi ilə qadın münasibətlərində çox ciddi fəsadlar yarada bilər. Ancaq yerə görə kimisə təhqir etməklə heç nə qazanılmır”.
Sevinc