Son illər uşaqlar üçün keçirilən şənliklərdə üz boyama geniş yayılıb.
Uşaqlar sevdikləri qəhrəmanın təsvirini üzünə çəkdirməyi sevir, ancaq valideynlər həmin boyanın uşağın dərisinə ziyanlı olub-olmamasından narahatdır.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaq dərisi daha həssas olduğu üçün bu cür boyalar allergik kontakt dermatiti yarada bilər:
"Bu zaman dəridə qaşınma, qabıqlanma, göynəmə və sairə kimi əlamətlər üzə çıxar. Üz dərisinə kortəbii şəkildə nəsə istifadə etmək düzgün deyil. Üz rəngləmə prosesinə başlamazdan əvvəl valideynlərdən və ya qəyyumlardan uşağın məlum allergiyası və ya dəri vəziyyətinin olub olmadığını soruşmaq çox vacibdir. Bu məlumat uyğun boyaları seçməyə və reaksiyaya səbəb ola biləcək hər hansı inqrediyentdən qaçmağa kömək edə bilər".
Sevinc