Niyə gənc qızları pullu kişi ilə tanış olmaq maraqlandırır?

SOSİAL
18:59 / 30.05.2025
114

“Artıq düşüncələr dəyişib. Bu gün gənc qızlardan gələcək, karyera haqqında fikirləşmir. Onları ancaq pullu kişi ilə tanış olub, yaşamaq maraqlandırır. Bu hazırki dövrün bəlasıdır”. 

Bu sözləri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.

Onun sözlərinə  görə, ildən ilə dəyərlər məhv olur. İnsanlar ali hissləri unudub, müasirlik adı ilə pozğunluğu təbliğ edirlər: 

“Bu təbliği təəssüf ki, müğənnilər başladıb. Onlar efirdə başqasının ərində uşaq dünyaya gətirməyi dilə gətirdikləri üçün bu gün bəzi qızların ailə haqqında düşüncələri dəiyşib. Onları ailə qurmaq deyil, imkanlı bir şəxslə münasibətdə olmaq, hətta ondan uşaq dünyaya gətirmək istəyirlər. Dövr , zaman dəyişib. Milli mənəvi dəyərləri daha çox təbliğ etmək lazımdır, nəinki efirdə müğənnilərin özəl həyatını”.

Sevinc
 

0