Qurban bayramı namazının vaxtı məlum olub.
Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib.
Onun sözlərinə görə, məscidlərdə bayram namazı saat 08-09:00 arasında qılınacaq: “Qurban bayramı bu il iyunun 6-7-nə təsadüf edəcək. Əslində Məkkədə Həcc ziyarətində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir. Bayram namazı məscidlərdə 6 iyun səhər saat 8-9 radələrində qılınacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.