Müasir dövrdə kişi ilə yanaşı xanımlarda da işləyir. Yəni, çalışan, işləyən xanımların sayı artıb. Ancaq bu hal uşaqlara, onların inkişafına heç də müsbət təsir etmir.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ölkəmizdə də son illərdə çalışan ailəli xanımların sayında artım müşahidə olunmaqdadır. Amma xüsusilə, azyaşlı uşağı olan analar bu məsələyə həssas yanaşmalı və hər bir incəliyi nəzərə almalıdırlar. Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər:
"Övladları üçün daha yaxşı şərait yaratmaq məqsədilə çalışan ata və analar bəzən özləri də bilmədən övladları ilə aralarında böyük məsafə yaradır, övladların psixoloji inkişafına təsir göstərirlər.Övlad ata-anadan istədiyi qayğını görməyəndə eqoistləşir. Bundan əlavə iş sonrası yorğunluqdan dolayı övladlarına zaman ayırmamaları, onların isti münasibətlərini hiss etməmələri nəticəsində həmin uşaqlarda özgüvən yetərsizliyi, özünəqapanma, aqressiya halları formalaşır və bəzi uşaqlarda bu kimi hallar böyüsələr də uşaqlıq travması kimi qalır. Yaxşı olar ki, valideynlər övladlarını sevdiyini, işləsə belə yanında olduğunu nümayiş etdirsin".
Sevinc