Azərbaycanda uşaqların sayı sürətlə azalır.
1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5%-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9%-ə düşüb.
Azərbaycanda uşaqların sayı sürətlə azalır.
Bunun səbəbi sosial səbəblərlə bağlıdır yoxsa iqtisadi?
Sosioloq Elçin Bayramlı Hit.az-a deyib ki, bu, milli genofondda qarşı çox ciddi bir təhlükədir, demoqrafik vəziyyətin getdikcə ağırlaşması deməkdir:
"Burada sosial-iqtisadi səbəblər çox böyük rol oynayır. Deməli, bizim ölkəmizdə olan indiki vəziyyət, əhalinin yoxsulluğu, işsizliyin yüksək səviyyədə olması, gəlirlərin çox aşağı olması, evsizliyin getdikcə artması və s. bu kimi məsələlər gəncləri evlənməkdən çəkindirir. çox ciddi demoqrafik faciə ilə üz-üzəyik. Bunun aradan qaldırılması üçün çox ölkələrdə müvafiq tədbirlər görülür. Biz artıq “biruşaqlı ailə modeli”nə keçirik. Ümumiyyətlə, bu gedən proseslər bizi bir millət, cəmiyyət olaraq uçuruma aparır. Getdikcə əhalinin qocalması baş verəcək. Gənc nəsil, ailə, evlənmə azalacaq. Bu çox ciddi problemlərə gətirib çıxaracaq".
Sevinc