Son illər uşaqların və yeniyetmələrin bayağı və kriminal aləmə xas musiqilərə marağının artmasının geniş yayıldığını müşahidə edirik.
Görəsən, uşaqlarımızın musiqi zövqünü necə formalaşdıra bilərik?
Musiqi uşaqların psixologiyasına necə təsir edir?
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bayağı musiqilər çox geniş yayılıb:
“Valideynlər övladlarına sevgilərini ötürməlidirlər. Övladlarının tərbiyəsinə təsir edəcək bütün amilləri ciddi şəkildə nəzərə almalıdırlar. Vaxtında övladlarının hisslərinə və duyğularına əhəmiyyət versinlər və onları dinləsinlər. Uşaqlar valideynlərindən sevgi görmədikdə başqa yerə yönəlir. Boşluqlar yaranır. Bu boşluqlar da kriminal aləmə meyil edirlər. Bayağı musiqilər valideynlərin yaratdığı boşluqlardır. Qadağaları vaxtında bildirməlidirlər. Övladları kiçik yaşlarından yaxşını və pisi ayırd etməlidir. Bunu ayırd etməyi bacarmadıqda bu kimi problemlərlə qarşılaşır”.
Sevinc