Boşanma prosesinin uşaqlara təsiri - ŞƏRH

SOSİAL
22:33 / 18.06.2025
40

Son illər boşanmaların sayı artıb. Artıq mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirir, çözümlər təklif edirlər.

Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsirlərini göstərir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ata-ananın boşanması uşaqların psixoloji vəziyyətinə, yaşlarına görə təsir edir: 

"Bir-üç yaş arası uşaqlar boşanma vəziyyətini başa düşməsələr belə, onların psixoloji vəziyyətlərində dəyişiklik baş verir. Əvvəlkinə baxanda daha tez-tez və çox ağlayırlar. Üç-altı yaş arası olanlar isə hər şeydə özlərini günahlandırırlar, onlarda əsəb gərginliyi artır, hansı valideynlə yaşayırlarsa, ona qarşı aqressiv olurlar. Boşanma prosesində 6-11 yaş arası uşaqlar özlərini aldadılmış hiss edirlər. Onlar boşanmada səbəbkar bildikləri birlikdə yaşadıqları ana, ya da atanı günahlandırırlar. Valideynləri boşanan 12-16 yaş arası uşaqlarda isə əsəb, hirs, kin, təcavüzkarlıq, özünəqapanma halları, diqqət toplamaqda çətinlik çəkmək, insanlara qarşı güvənsizlik, sosial fobiya kimi psixoloji narahatlıqlar görünə bilər".

Sevinc

0