Qarışıq nikahların müsbət və mənfi tərəfi

SOSİAL
22:55 / 19.06.2025
44

Son zamanlarda ölkəmizdə qarışıq nikahların sayı artıb.

Daha çox isə Azərbaycan xanımları evlilikdə əcnəbi kişilərə üstünlük verirlər.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, əcnəbilərlə evlənənlər çox vaxt problemlərlə üzləşir:

"Qurulan ailənin təməlində sevgi durursa, elə problem olmaz. Ancaq digər amillər üstünlük təşkil edib arada anlaşılmazlıq olarsa, mədəni faktorlar özünü daha çox göstərərsə, bu zaman ailələr uğursuzluqla sonlanır. Qarışıq nikahların uğurlu və uğursuz məqamları var. Qarışıq nikahlar arasında sevgi üzərində qurulub xoşbəxt yaşayan ailələr olsa da, bir çox psixoloji və hüquqi problemlərin mövcud olması da danılmazdır. Bir qisim insanlar qarışıq nikahları milli dəyərlərin deformasiyası hesab edir".

Sevinc
 

0