"Məişət qayğıları məni sıxır", "Maddi problemlərimiz çoxdu", "Özümü xoşbəxt hiss etmirəm", "Nəyə əl uzadıram, alınmır", "Onsuz da əvvəldən bəxtim gətirməyib" kimi fikirlər səsləndirənlər az deyil.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bir insanın həyatında ani dəyişikliklər, xroniki xəstəliyə tutulması və ya iqtisadi fəlakətlər ümidsizliyə səbəb ola bilər və insanın onlarla mübarizə aparmaq əvəzinə ölümü seçməsinə səbəb ola bilər:
"Çünki onun inandığı və adət etdiyi normal həyat tərzi artıq mümkün deyil. Qarşılaşacağı mümkün problemlər və ya həyat şərtlərinin hər an dəyişməsi insana böyük ağrılar verər və insan çətinliklərlə dolu bu həyatı seçməkdənsə ölümün daha qəti bir nəticə olacağını düşünə bilər.kütləvi informasiya vasitələrində intihar hadisələri haqda məlumatların deyil, maarifləndirici yazıların yer alması daha məqsədəuyğun olardı".
Sevinc