Sosioloq: "Bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur"

SOSİAL
17:27 / 21.06.2025
73

Ölkəmizdə toy mərasimləri xüsusi təmtəraqlı keçirilir. Toy mərasimlərində israfçılığa son qoyulması illərdir müzakirə edilsə də, dəb dəbə hələ də müşahidə olunur. 

Sosioloq Elçin Bayramlı Hit.az-a deyib ki, bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur. 

"Keçmişdə belə deyildi, bu, son vaxtlar bizim milli genetik xəstəliyimiz olan bəhsə düşmək, özünü başqalarına olduğundan üstün göstərmə xasiyyətlərinin inikasıdır. Sadə toy mərasimlərinin keçirilməsi üçün müəyyən bir çərçivə qoyulmalıdır. Bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır. Bir çox ölkələrdə belə dəbdəbəli, təntənəli, milyonların, qızılların göyə səpildiyi toy mərasimləri qadağandır. Bu kimi məsələlər kompleks şəkildə yuxarı təbəqələrdən gəlməli və aşağılara da qəbul etdirilməlidir. Əks halda bu artıq toy yox, sadəcə görməmişlik yarışıdır", deyə sosioloq bildirib.

Sevinc

0