Son zamanlar falçı, ekstasenslər yanına gedənlərin sayı artıb. Hətta falçı yanına gedib, çoxlu məbləğdə qazandıqlarını itirənlər az deyil.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, bu hadisələrin hamısı çarəsizlikdən və özünə inamsızlıqdan baş verir:
"Sevgisinə qovuşmaq istəyən falçıya üz tutur. Belə insanlar özlərini təsdiq etmək üçün məhz bu yollara əl atırlar. Bu problemin kökündə dinin yanlış təbliğ edilməsinin, dini biliklərin zəif olması dayanır. Hər şey ailədən başlayır. Ailə övladında özünə güvən yaratsa, uşaq istənilən bir çətinliyin öhdəsindən gələr".
Sevinc