Sosial şəbəkələrdəki saxta ailə modelləri

SOSİAL
19:40 / 23.06.2025
49

İnsan həyatının ən müxtəlif sahələrinə ciddi təsir göstərən sosial şəbəkələr ailə münasibətlərindən də yan keçmir. 

Blogerlik fəaliyyəti ilə məşğul olan bir çox şəxs öz "ideal ailə münasibətlərinin" videogörüntülərini yaymaq diqqət çəkməyə çalışır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, insanın sosial mühitdə təsdiqlənmək və qəbul edilmək ehtiyacı var, lakin bu ehtiyac real həyatdan uzaqlaşaraq yalnız virtual mühitdə təmin olunmağa başlayanda ciddi problemlər yarana bilir:

“Xoşbəxtlik vizual görüntülərdən və sosial şəbəkələrdə təsdiqlənməkdən deyil, səmimi münasibətlərdən, sağlam ünsiyyətdən və qarşılıqlı anlayışdan qaynaqlanır. Sosial şəbəkələrdə təqdim edilən obrazlar reallıqdan çox vaxt uzaq olur. Xoşbəxtlik yarışı sanki sosial şəbəkələrdə aparılan gizli bir müsabiqəyə çevrilir və insanlar öz həyatlarını reallıqdan kənar şəkildə təqdim etməyə başlayırlar. Sosial şəbəkələrdəki saxta ailə modelləri partnyorlar arasındakı problemlərin ortaya çıxmasında bəhanə rolunu oynayır”.

Sevinc

0