Harda yaşayanlar uzun ömür həyat sürür?

SOSİAL
19:57 / 25.06.2025
47

Regionlarda, əsasən də dağlıq rayonlarda yaşayan insanların daha uzunömürlü və sağlam olması danılmaz faktdır.

Həmin ərazilərin təmiz havası, bulaq suyu, təbii qidalar və s. insanların sağlam və uzunömürlü olmasına səbəb olan amillərdəndir. 

Sosioloq Elçin Bayramlı Hit.az-a deyib ki, orta ömür müddətinə təsir edən bir çox faktorlar var:

"Məsələn, sağlam həyat tərzi, təbii qidalanma, yaşadığı iqlim, iş şəraiti, stress, ətrafdan aldığımız neqativ təsirlər və s. Şəhərlərdə daha çox şüalanma var, üstəlik səs-küy norması həddindən artıq çoxdur, beyin yorulur. Bunlar hamısı immuniteti zəiflədir. Bundan əlavə, havanın tərkibi, məsələn, şəhərlərdə oksigen səviyyəsi çox aşağıdır.Həmişə ucqar dağ rayonlarında ömür müddəti yüksək olub, uzunömürlülər həmin ərazilərdə olub və bütün dünyada da belədir. Bizdə onsuz da əhalinin statistikası, yerləşməsi, demoqrafik vəziyyətlə bağlı rəqəmlər tamamilə bərbad haldadır, düzgün deyil. Çünki, qeydiyyat yerində yaşamayan milyonlarla insan var.Son dövrlərdə əhalinin orta ömür müddəti sovet dövrü ilə müqayisədə xeyli aşağı düşüb. İndi 50-60 yaş civarında və nadir hallarda bir-iki nəfərin 70-80 yaşda öldüyünü görmək olur. Hazırda xəstəliklər, problemlər artıb, insanlar daha tez dünyasını dəyişir. Yəni, bu necə ola bilər ki, 30-40 il əvvəl qeydə alınan ömür müddəti indi də eynidir. Bu, mümkün deyil. Düşünürəm ki, qeyd olunan rəqəmlərdə çox ciddi problemlər var".

Sevinc

0