Azərbaycanda evlənənlərin yaş fərqi: 29 yaşlı gəlinlə 60 yaşlı bəy...

SOSİAL
17:26 / 26.06.2025
53

Bəzi hallarda ailə həyatı quran cütlüklər arasında yaş fərqi özünü qabarıq şəkildə göstərir. 

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.

Qeyd edək ki, 2024-cü ildə rəsmi nikaha daxil olan kişilərin orta yaşı 30,2, qadınların isə 25,2 olub.

0