Son illər bəzi oyuncaqlar qısa müddətdə məşhurlaşır.
Maraqlı məqam ondan ibarətdir ki, həmin oyuncaqlar uşaqların sevimlisinə çevrilməklə yanaşı, onların həyatında da xüsusi iz qoyur.
Yəni, o oyuncaq sayəsində uşaq daha eqoist olur, hər kəslə dalaşır, küsür.
Son günlər "Labubu" oyuncaqları məşhurlaşıb, bu oyuncaqların üz forması qəribədir və sanki nifrətlə baxır.
Psixoloq Aynur ƏLiyeva Hit.az-a deyib ki, qeyri-adi üz cizgilərinə malik oyuncaqlar bəzi uşaqlarda maraq oyatsa da, əsasən qorxu və narahatlıq yarada bilər:
"Oyuncağın necə göründüyündən çox, uşaqda hansı emosiyaları yaratdığı önəmlidir. Valideynlər oyuncaq seçərkən sadəcə dəbdə olduğuna görə deyil, uşağın şəxsiyyətinə, inkişaf səviyyəsinə və emosional ehtiyaclarına uyğun olub-olmadığını nəzərə almalıdırlar. Bu gün müxtəlif ğörünüşdə oyuncaqlar var. Yaxşı olar ki, üz siması xoş təəsürat bağışlayan oyuncaqlar uşaqlara alınsın".
Sevinc