İşsiz şəxslərin sayı artır - Səbəb nədir?

SOSİAL
23:16 / 30.06.2025
59

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub.

İşsiz şəxslər haqqəında fikir bildirən iqtisadçı-ekspert Əkrəm Həsənov  Hit.az-a deyib ki, indiki şəraitdə, dünyada olduğu kimi Azərbaycanda da iqtisadi böhran, qiymət artımı var:

"İndi insanlar məcburdurlar ki, az maaşa da qane olub, gedib işləməlidirlər. Çünki, əks halda variant yoxdur. Demirəm ki, belə də olmalıdır. Biz gərək çalışaq ki, elmi inkişaf etdirək, doğru məhkəmə sistemi quraq və insanlar daha çox qazanc əldə edə bilsin. Ancaq indiki şəraitdə bu mümkün deyil. Biz gərək təhsilimizi inkişaf etdirək, ölkədə normal investisiya mühiti quraq ki, inkişaf olsun. Bu gün bu yoxdur, olmayan halda da pul artmayacaq".

Sevinc

0