Məhərrəm ayını matəmə bürüməyi farslar gətirib?

SOSİAL
22:37 / 30.06.2025
56

Hicri-qəməri tarixinin ilk ayı olan Məhərrəm barədə müxtəlif fikirlər var. 

Bir çoxları Məhərrəmi yas ayı kimi xarakterizə edir.

Hətta bəziləri irəli gedib bu ayda toy etməyin, şənlənməyin günah olduğunu deyir.

Doğrudanmı, Məhərrəm digər aylardan fərqlənir?

Ilahiyyatçı Tural İrfan Hit.az-a deyub ki, Məhərrəm ayı hicri qəməri təqdimdə ilk aydır, haram aylardandır:

“Yəni bu ayda savaşmaq, müharibə etmək olmaz, matəm ayı deyil. İslamda matəm ayı, yas günü yoxdur. Dinimiz axirətdə dirilməni və əbədi həyatı tərənnüm edən dindir. Ona görə ölüyə əsrlərlə yas tutmağı küfr sayır. Məhərrəm ayını matəmə bürüməyi farslar gətirib. Bunun İslama və İmam Hüseynə yalnız zərəri var. Sonralar da Səfəvilər bunu yaşadılar məzhəbçiliyi dərinləşdirmək üçün. Beləcə ,Məhərrəm ayı siyasi propaqanda olaraq , digər müsəlmanlar əleyhinə istifadə olundu. Sanki, kim bu ayı yas tutmursa , İmam Hüseyni öldürən odur. 

Beləcə nifrət yaratdılar müsəlmanlar arasında. Məhərrəm də digər aylar kimi adi aydır. Toy da, nişan da etmək olar. Çünki , Peyğəmbər edib. Əhli Beytin özü Kərbəla şəhidlərinə 3 gün yas tutub. Məhərrəm ayının matəm ayı kimi dəyişmək Quranı təhrif etməkdir və adamı kafir edər. İmam Hüseyn məhv olmayıb ki, matəm olsun. Quranda şəhidlərin ölməzliyi deyilir. İmam Hüseyn də ölməzliyə qovuşub. Ona yas tutmaq və min ildən artıq ağlamaq Allaha üsyan, İmam Hüseynə təhqirdir. İlk dəfə ona matəm tutub başına vuranlar onu çağırıb ölümə verən xainlər olub. Peşman olaraq özlərinə zülm ediblər ki, bəlkə Allah bağışlaya.

İmam Hüseynin böyüklüyü, qələbəsi imkan vermir ki, onun adı ilə bu qədər bidət və xurafat yaşadılsın. Məhərrəm ayını ilin ilk ayı kimi qara, bəd gətirmək, matəmə bürünmək birbaşa Allaha üsyandır ki, sən niyə yol verdin bu ayda İmam Hüseyni öldürdülər. Amma Quranda tam bunun əksidir. Hətta əmr edir ki, şəhidlərə ölü belə deməyin. Nəyinki əsrlərlə yas tutmaq”.

Sevinc
 

0