64 məktəb niyə bağlanıb?

SOSİAL
19:16 / 30.06.2025
43

Azərbaycanda məktəblərin sayı azalıb. Rəsmi statistikaya görə, 2023-2024-cü tədris ilinin əvvəlində ölkədə 4 388 məktəb fəaliyyət göstərirdisə, 2024-2025-ci ildə bu göstərici 4 324-ə bərabər olub. 

Yəni, bir il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb.

Məktəblərin bağlanmasına səbəb nədir?

Təhsil eksperti Elmin Nuri Hit.az-a şərhində bildirib ki, bir müddət öncə Elm və Təhsil Nazirliyi orta ümüm təhsil məktəblərinin kompaktlaşdırılması ilə bağlı qərar verdi:

"Həmin qərara əsasən şagird sayı 100-ü keçməyən orta və natamam məktəblərin azaldılmalıdır. Məktəblərin bir qismi bağlanaraq, mərkəzləşdirilmiş zonalar üzrə kompakt bir məktəyə köçürülməsi nəzərdə tutulur. Məsələn, Lerikin kiçik kəndlərində olan bir neçə məktəb birləşə bilər. Belə ki, həmin məktəblər arasında infrastrukturu yaxşı olan və şagird sayı çox olanı saxlamaqla, digərlərini  bağlamaq olar. Ancaq burda bəzi problemlərdə var. Belə ki, digər kəndlərdən gələcək şagirdlərin yol nəqliyyat və zaman problemi olacaq. Ucqar kəndlərdən gələcək şagirdləri də nəzərə almaq lazımdır. Bu elə bir məsələdir ki, birtərəfli deyil, hərtərəfli fikirləşmək lazımdır. Məsələnin, görünən və görünməyən tərəfləri var. Bu gün rayonlarda sürətli boşalma yaşanır. Kəndin boşalması məktəbin boşalması deməkdir".

Sevinc

0