"Rusiyadan ölkəmizə gələcək soydaşlarımızın sayı artacaq"

SOSİAL
20:37 / 02.07.2025
79

Məlumdur ki, son günlər Rusiyada azərbaycanlı miqrantlara qarşı xoş münasibət sərgilənmir.

Vətəndaşlarımız orda zorakılığa məruz qalır, hətta 2 nəfər vəhşicəsinə öldürülüb.

Bununla yanaşı, ticarətlə məşğul olan miqrantlara mane olunur, onların satışına əngəl törədilir.

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı yüksək olsa da, ixracın tək bir bazardan asılı vəziyyətdə qalması risklidir:

“Azərbaycanın qarşısında bir sıra perspektivli alternativ bazarlar mövcuddur. Yeni bazarlara çıxılmalıdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının daha çox Rusiyaya ixrac edilməsi dünənin, bu günün məsələsi deyil. 25-30 ildir ki, bu asılılıq var. Buna alternativ olaraq, yeni bazarlara çıxış üçün edilən çağırışlar təəsüf ki, nəticəsiz qalıb. Çünki, çoxşaxəsli ixrac modelinə keçmək lazımdır ki, bir ölkədən asılılıq yaranmasın. Məlum hadisələr nəticəsində Rusiyadan ölkəmizə gələcək soydaşlarımızın sayına təsir edəcək”.

Sevinc

0