Aşura günü işləmək günahdır?

SOSİAL
19:47 / 04.07.2025
78

Aşura günü ilə müxtəlif fikirlər səslənir.

Maraqlıdır, aşura günü işləmək nə dərəcədə doğrudur? 

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslam dininin əsas prinsiplərində yas və ya matəm göstərişi yoxdur. Qurandan və Peyğəmbərin göstərişlərində nə Aşura günü, nə də başqa gün tətil, matəm deyə təsnif olunmayıb. Şəhadətə yetmək İslamda ölmək deyil, əbədi həyata, Cənnətə qovuşmaqdır:

“Cənnətə gedən üçün də min il ağlamazlar ki, niyə Cənnətə getdi. Aşura gün də adi başqa günlərdən biridir. İmam Hüseyn bu gün şəhid olduğu üçün onu xatırlamaq, ruhuna dua oxumaq, yada salmaq gözəldir. İmam Hüseynlə birgə şəhidlərimizi də xatırlamaq savabdır. Bunun üçün də dində xüsusi ayin, xüsusi ibadət və qaydalar yoxdur. Elə Məhərrəm ayında cürbəcür xurafatların ortaya çıxması da ona görədir ki, bu günlə əlaqədar dinin heç bir göstərişi yoxdur. Sonradan uydurulan xurafatlar da hərəsi bir cüt meydana çıxıb və qondarma ayinlər yaranıb. Bəziləri deyir ki, yuyunmaq, sabun işlətmək olmaz, saç daramaq olmaz və sair. Bunlar hamısı xurafatdır və İslamın əksinədir. İslam tarixində yüzlərlə faciəvi şəkildə şəhid edilənlər olub. Sadəcə İmam Hüseyn fars şahının kürəkəni olduğu üçün keçmiş Sasani imperiyasını dirçəltmək istəyənlər onun üçün öz milli adətlərinə uyğun belə bir matəm təsis etdilər. Peyğəmbərin vəfatını müsəlmanlar əsla matəm etmir. Həmçinin , digər imamların vəfat gününü də etmirlər. Yalnız İmam Hüseyn üçün bu xurafatlar sonradan qondarmadır. Aşura günü sinə vurmaq, süni şəkildə ağlaşma məclisləri təşkil etmək İslama və İmam Hüseynin amalına ziddir. O qalib gəlib məğlub olmayıb ki, ağlana, min dörd yüz ildən sonra ona matəm tutula. O məhv olmayıb, Cənnətə gedib. İslam axirətə inamı tərənnüm edir. Yas tutanlar isə ya axirətə inanmır ya da İmamın Cənnətə getdiyinə. Aşura günü adi həyat davam etməlidir ki, İnamın qalib olduğu bəlli olsun. Əksini edəndə Yezidin qalib olduğunu göstərirlər. Haqq, ədalət uğrunda canını fəda edənlər şəhiddir. Peyğəmbər buyurub ki, Hüseyn Cənnət cavanlarının sultanıdır”.

Sevinc
 

0