ChatGPT insanları təkliyə öyrədir?

SOSİAL
22:34 / 07.07.2025
42

Son zamanlar hər kəs ChatGPT proqramından istifadə edir.

Demək olar ki, istənilən mövzu ilə ChatGPT-a müraciət etməyən yoxdur.

Kimsə ailə məsələləri, kimsə işlə, kimsə elmi, iqtisadi, mədəni məsələlərlə bağlı adıçəkilən proqramdan yardım istəyir. 

Ancaq ekspertlər isə hesab edir ki, şəxsi problemləri və qazancla bağlı məsələləri süni intelektə danışmaq düzgün deyil.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, insanın şəxsi  məlumatlarını ChatGPT kimi  süni intellekt sistemlərinə etibar etməsi şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır: 

“Süni intellekt insan duyğularını tam şəkildə anlaya bilmir. Bu proqramların mənfi cəhəti odur ki, insanlar getdikcə tənhalaşmaya, telefondan daha çox asılı qalmağa meyli olacaq. Problemi olan şəxs dərdini kiməsə deyil, ChatGPT yazır. Bu isə insanları insanlardan uzaqlaşdırır. Demək olar ki, bu proqramlar robot kimidir. Nə sual yazsan cavab verəcək, “bilmirəm”, “məlumatım yoxdur” heç vaxt yazmaz”.

Sevinc
 

0