Psixoloq Kateryna Şvartsın fikrincə, həqiqi dostluq ortaq xatirələrə və ya illərlə davam edən münasibətə deyil, dəyərli hiss olunmaq, dinlənilmək və dəstəklənmək duyğusuna əsaslanır.
HİT.az xəbər verir ki, amerikalı psixoloq Mark Trevers dostluqda nəzərdən qaçırılmamalı olan üç narahatedici əlaməti açıqlayıb. Onun fikrincə, "qırmızı bayraq" adlandırılan bu əlamətlər təkcə romantik münasibətlərdə deyil, dostluqlarda da mühüm siqnaldır.
"Forbes" nəşrində yayımlanan məqaləsində psixoloq qeyd edib ki, sosial əlaqələr və sağlam dostluqlar həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Həqiqi dostlar bizi ən çətin anlarda ruhlandırır və dəstəkləyir. Lakin hər münasibət müsbət təsir göstərmir. Bəzən dostluq birtərəfli hiss etdirə bilər – daha çox verib, az alırsınızsa və ünsiyyətdən sonra özünüzü tükənmiş, yox, ruhsuz hiss edirsinizsə, bu, diqqətə layiqdir.
Mark Treversə görə, münasibətlərdə nəyinsə qaydasında olmadığını anlamaq çətin ola bilər, xüsusilə də keçmişdə xoş xatirələr varsa və açıq qarşıdurma yaşanmırsa. Buna baxmayaraq, dostluqda da "qırmızı bayraqlar"ı vaxtında görmək vacibdir.
Psixoloqun sadaladığı əsas siqnallar bunlardır:
1. Yalnız ehtiyac olduqda sizə müraciət olunur.
Yardım istəmək dostluğun təbii hissəsidir. Ancaq biri sizə yalnız bir iş düşəndə yazır, emosional dəstək axtarır və şəxsi həyatınıza maraq göstərmirsə – bu, narahatlıq doğurmalıdır.
2. Emosiyalarını üstünüzə tökür, sizinkilərlə maraqlanmırlar.
Əgər daim başqasının problemlərini dinləyir və təsəlli verirsiniz, lakin qarşı tərəf sizin hisslərinizə biganədirsə, bu, çox güman ki, birtərəfli dostluqdur.
3. Söhbətlər yalnız onların problemlərinə yönəlir.
Hər dəfə siz şəxsi bir şey paylaşanda, qarşı tərəf söhbəti dərhal öz dərdlərinə yönəldirsə – bu, diqqətdən yayınmamalıdır. Bu davranış sizin hisslərinizi dəyərsizləşdirir və emosional tarazlığı poza bilər.
Psixoloq əlavə edib: “Həqiqi dostluq ortaq xatirələrə və illərə deyil, sizin dəyərli, dinlənilən və dəstəklənən hiss etdiyiniz bir təmələ əsaslanır. Əgər özünüzü daim sıxışdırır, öz dəyərinizdən şübhə edir və ‘ayaq ucu ilə gəzirmiş’ kimi hiss edirsinizsə – münasibətləri yenidən nəzərdən keçirməyin vaxtıdır”.
Samir