Amerikalı psixoloq Mark Trevers emosional cəhətdən yetkin partnyorun əlamətlərini sıralayıb.
HİT.az xəbər verir ki, "Forbes" jurnalı üçün yazdığı məqalədə o, izah edib:
"Bu, maraqları istiqamətləndirməyə kömək edən, ən çətin şəraitdə belə yumşaq qalan və hər hansı bir münasibətdə — ailə, dostluq və ya romantik əlaqə olsun - emosional təhlükəsizliyi prioritet edən insandır".
O, qeyd edib ki, "Current Psychology" jurnalında dərc olunan yeni bir araşdırma, 200-dən çox tələbə arasında emosional yetkinliklə psixi sağlamlıq arasındakı əlaqəni öyrənib.
Alimlər müəyyən ediblər ki, məhz emosional yetkinlik narahatlıq və depressiya səviyyələrinin demək olar ki, bütün müxtəlifliyini izah edir və inkişaf etmiş ünsiyyət bacarıqları ilə birləşdikdə bu təsir xüsusilə aydın olur və psixoemosional vəziyyətin yaxşılaşması ilə birbaşa bağlıdır.
Psixoloq əlavə edib: "Bu, emosional yetkinliyin təkcə münasibətlərin açarı olmadığını, həm də psixoloji dözümlülüyün əsasını təşkil etdiyini göstərir. Lakin yetkinlik yaşla avtomatik olaraq gəlmir. O, özünüdərkin inkişafı və bu bilikdən şüurlu istifadə vasitəsilə formalaşır: məsuliyyət daşımaq bacarığı, diqqətli olmaq və səmimi qalmaq".
Eyni zamanda, psixoloq yanınızda emosional cəhətdən yetkin partnyorun olduğunu göstərən üç əlaməti qeyd edib:
1. Hislərinə diqqətlə yanaşır. Emosional cəhətdən yetkin insanlar öz hisslərinə qayğı göstərməyi və başqalarının hisslərini incəliklə dərk etməyi bacarırlar. Onların yanında təhlükəsiz hiss etmək olar. Fikirləri bölüşmək və ya zəif tərəflərinizi göstərmək qorxusu yoxdur. 2021-ci ildə "Frontiers in Psychology" jurnalında dərc olunan araşdırma göstərib ki, yüksək emosional intellektə malik insanlar daha çox kognitiv yenidən qiymətləndirmə (vəziyyətə yeni baxmaq bacarığı, emosional yükü azaltmaq) kimi strategiyalardan istifadə edirlər. Həmçinin, onlar münasibətləri qorumaq ani hiss dalğasından daha vacib olduqda, hisslərin şüurlu şəkildə yatırılmasına müraciət edirlər.
2. Ünsiyyət qurmağı və əlaqə yaratmağı bacarır. Emosional yetkinlik təkcə emosiyaların idarə edilməsində deyil, həm də insanın başqaları ilə necə qarşılıqlı əlaqədə olduğunda özünü göstərir. Belə bir partnyor mənalı danışır, anlayışla dinləyir və ağrıdan qaçmağa deyil, onun qarşısına çıxmağa hazırdır. 2017-ci ildə "Couple and Family Psychology" jurnalında dərc olunan araşdırma, yaxınlıq yaratmaq üçün sözdə romantik bacarığın — emosional şüurluluq, hörmət və özünütənzimləmənin birləşməsinin — əhəmiyyətini aşkar edib. Belə bir partnyorla dialoq tamhüquqlu mübadilə kimi qəbul edilir.
3. Gündəlik dəstəkdə sabitdir. 2022-ci ildə "Personality and Individual Differences" jurnalında dərc olunan meta-təhlil göstərib ki, yüksək emosional intellekt səviyyəsi münasibətlərdən razılıqla əlaqələndirilir. Partnyorun emosional intellekti nə qədər yüksək olarsa, cütlükdə razılıq və sabitlik bir o qədər çox olur.
Xatırladaq ki, əvvəllər psixoloq sevgidə 2 ifratı — obsesiyadan (takyeyicilikdən) yaxınlıq qorxusuna qədər izah etmişdi.
Samir