Pulla xoşbəxt olmaq mümkündür?

SOSİAL
19:40 / 10.07.2025
56

"Xoşbəxtlik pulda deyil", "xoşbəxtliyi pulla ala bilməzsən" sözlərini tez-tez eşidirik.

Maraqlıdır, müəyyən miqdarda pul həqiqətən insanları xoşbəxt etməyə qadirdi? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, xoşbəxt olmaq çətin deyil:

“İnsan nəylə rahatlıq tapırsa, onun üçün xoşbəxtlik budur. Maddi güc təbii ki, özgüvən verir. Bu, həqiqətdir. İnsanların özlərini xoşbəxt hiss etmələri maddi vəziyyətə bağlı deyilsə, o zaman bu mənəvi-psixoloji əsaslara dayanır. Biz o zaman özümüzü xoşbəxt hiss edə bilərik ki, maddiyyatdan başqa sahəyə də yönələk. Çünk, biz insan olaraq mənəvi-psixoloji cəhətə də sahibik və bunu da unutmayıb təmin etməliyik.Sırf pulla insan xoşbəxt ola bilmir. Pul vacibdir, amma əsas sayılmır”.

Sevinc

0