Gündəlik stresslə başa çıxmaq üçün nələr etməliyik?

SOSİAL
12:10 / 11.07.2025
66

"Stresslə başa çıxmaq üçün günə başlamadan əvvəl müəyyən addımları ata bilərik".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, səhər oyananda şükr edəcəyimizin fərqinə varmalıyıq:

"Məsələn, yeni gündə də nəfəs aldığımız üçün şükr edə bilərik. Eyni zamanda, sevdiklərimizin və ailəmizin yanımızda olduğu üçün Allaha təşəkkür etməliyik. Yəni şükr etmək üçün mütləq şəkildə nəyisə tapmaq olar. Bu, hər kəsə aiddir. Həyatın günlük stressindən uzaq olmaq istəyiriksə, bizə hüzur verəcək şeylərin fərqinə varmalıyıq".

Ekspert qeyd edib ki, daha sonra gün ərzində edəcəklərimizi planlamalıyıq:

"Daha dəqiq desək, sıra ilə və hansı saatda nəyi edəcəyimizi müəyyən etməliyik. Həmçinin, özümüzə zaman ayırmağı da unutmamalıyıq. Bundan başqa, gündəlik həyatımızda bizə stress verən amillərə diqqət yetirməliyik. Nəyinsə bizə niyə bu qədər əsəb və stress verdiyini soruşmalıyıq. Bunu görməzdən gəlməməliyik".

377564

Həmsöhbətimiz nümunə də verib:

"Məsələn, işdə nəyəsə görə əsəbiləşə bilərik. Ancaq onu müsbət hala çevirəmiyimiz mümkündür. Yəni yaşadığımız stressə rəğmən inkişafımızdan vaz keçməli deyilik. Hər şeyə rəğmən, öz inkişafımıza və işimizə yönəlməliyik.

Bundan əlavə, çay və ya kofe içmək kimi bizi xoşbəxt edən kiçik şeylər edə bilərik. Günlük yaşantılarımızdan uzaq olmaq istəmiriksə, hədəflərimizə doğru kiçik-kiçik də olsa, addımlamağa çalışmalıyıq". 

Mütəxəssisin sözlərinə görə, yaşadığımız stresslər hansısa rahatçılıqlarla əvəz edə bilərik:

"Bəziləri dostlarına, bəziləri psixoloqa danışır, kimisə də yazaraq sakitləşir. Həmçinin, meditasiya və ya idmanla da məşğul olan var. Sözsüz ki, bu, insana görə dəyişir. Müxtəlif yollarla özümüzü sakitləşdirməyimiz mümkündür. Günün sonunda isə yaşadıqlarımızı düşünə bilərik. Nələri bacardığımız bağlı da şükr edə etməliyik".

Pərviz

0