Nikahların sayı artıb, boşanmalar azalıb

SOSİAL
16:16 / 11.07.2025
70
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 19783 nikah və 8678 boşanma halları qeydə alınıb.
 
HİT.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında öz əksini tapıb.
 
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,7-yə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
 
Doğum və ölüm sayı
 
Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38836 doğulan körpə qeydə alınıb.
 
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb", məlumatda qeyd olunub.
 
Bu ilin yanvar-may ayları ərzində ölkədə 25148 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.
 
1264 əkiz, 57 üçəm...
 
Dövlət Statistika Komitəsi son 5 ayda ölkədə doğulan əkiz və üçəm sayını da açıqlayıb.
 
Bildirilib ki, cari ilin yanvar-may aylarında doğulan körpələrdən 1264-ü əkiz, 57-si isə üçəm olub.
 
Ölkə əhalisinin sayı nə qədərdir?
 
2025-ci ilin yanvar-may aylarında əhalinin sayı 14205 nəfər və ya 0,14 faiz artaraq 2025-ci il iyun ayının 1-i vəziyyətinə 10 239 094 nəfərə çatıb.
 
Qeyd edilib ki, ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
0