İslamda “mehr” deyilən bir haqq var.
Deyilənə görə, nikahdan öncə bəy gəlinə mehr verir. Mehr pul, qızıl əşyası və ya əmlakda ola bilər.
İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslam hüququnda mehr evlənərkən təyin olunan məbləğ və ya hansısa əşya üçün işlənir:
“Buna el adətinə görə müxtəlif adlar veriblər. Kişinin qadın üçün nəzərdə tutaraq, ödədiyi haqdır. Buna bir növ nikah müqaviləsi demək olar. Mehrin konkret miqdarı və məbləği yoxdur. Adətlərə görə dəyişə bilər. Evliliyin daha möhkəm olması üçün nəzərdə tutulur. Eyni zamanda boşanma zamanı kişi qadının mehrini verməlidir”.
Sevinc