Uşaqlara tez-tez "böyüyəndə nə olmaq istəyirsən?" və ya "ananı, yoxsa atanı daha çox sevirsən?" kimi suallar verilir.
Maraqlıdır, bu cür uşaqlara verilməlidirmi?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəzən valideyn özü, bəzən qohum, tanış uşaqlara müxtəlif cür suallar verir:
“Böyüklər üçün sadəcə əyləncə olsa da, uşaqların emosional aləmində bu problem tamam başqa məna kəsb edir. Uşaq verdiyi cavabın valideynlərindən birini çox üzdüyünü anlayanda özünü günahkar hiss edə bilər. Ailə dinamikasının sağlam olduğu, valideynlərin rəftarlarının uyğun olduğu, uşağın qeyd-şərtsiz sevgi və köməyə ehtiyacının ödənildiyi ailələrdə belə bir sual tək başına nə travmatik təsir, nə də ciddi ziyan yaratmır. Uşaq idraki inkişafının ilk mərhələlərində bu suala günahkarlıq hissi ilə reaksiya versə də, yaşlandıqca daha çox “siyasi” cavablar verməyi öyrənir. Onların cavabları məkana və zamana uyğun olaraq həm özlərini, həm də valideynlərini qorumaq instinkti ilə formalaşır. Böyüklər uşaqlara bəzən əylənmək, bəzən də sadəcə maraq üçün belə sual verə bilər. Əslində, çox vaxt böyüklər uşaqlıqda oxşar sualla qarşılaşırlar”.
Sevinc