Ali məktəblər subbakalavrlardan niyə narazıdır?

SOSİAL
18:18 / 15.07.2025
62

Subbalakavrların ali məktəbə imtahansız qəzbul olması nəticəsində yaranan idarəetmə və tədris çətinliyi uzun müddətdir ki, ali məktəblərdə narahatlıq doğurur.

Bunu Hit.az təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 

O bildirib ki, subbakalavrlar arasında yaşı çox olan, ailəli olub qayğıları  olan  az deyil:

“Onların böyük qismi dərslərdə tam iştirak edə bilmir, davamiyyət aşağı düşür. Həmçinin, imtahansız qəbul olanların motivasiyası da aşağı olur. Bu kimi hallara görə universitetlərdə subbakalavrlarla bağlı narazılıq yaşanır. Onlarda tədris zamanı müəyyən intizamsızlıq yaradır. Ümumiyyətlə, məlum problemlə bağlı DİM rəhbərinin narahatçılığı haqlıdır. Ümumiyyətlə, təhsildə davamiyyətin aşağı olması, nizamsızlıq tədrisin keyfiyyətini aşağı salır. Bununla bağlı müəyyən tənzimləyici mexanizm qurulmalıdır”.

Sevinc

0