Son illər Azərbaycanda boşanmaya sayı artmaqda davam edir. Boşanmaya səbəb kimi müxtəlif amillər göstərilir. Bəziləri hesab edir ki, hazırda boşanmaya əsas səbəb iqtisadi çətinlikdir.
Maraqlıdır, iqtisadi çətinlik boşanma üçün əsas sayılır?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu gün boşanmalar dayanmadan artır:
"Sanki yaxşı iş imiş kimi evlənən cütlüklərin əksəriyyəti bir il keçməmiş boşanır. Səbəb kimi yola getməmək, fikir ayrılığı, karyerada yüksəliş və iqtisadi çətinlik göstərilir. Ancaq mən deyərdim ki, iqtisadi çətinlik üzündən boşananların sayı azdır. Heç kim pula görə, “pulun yoxdur” fikrinə görə boşanmaq istəməz. Ailə quran şəxs bunun cibini, büdcəsini bilirdi. Sonradan hay-küy salmaq düzgün deyil. Məncə az sayda cütlük sırf maddiyyata, iqtisadi çətinliyə görə ailəsini dağıdar”.
Sevinc