Yay tətilində uşaqların necə istirahət edəcəyi, necə səmərəli gün keçirəcəyi maraqlıdır.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, yay tətili uşaqların ən asudə zamanıdır:
"Müəllimlər yay tətili zamanı uşaqlara tapşırıq verməsə belə, valideynlər uşaqlarının diqqətini, qavramasını inkişaf etdirən kitablar alsınlar. Uşaqlar yay tətilində bütün gün telefonla oynasa və yaxud vaxtını əyləncə ilə dəyərləndirsə, məktəblər açıldıqda mühitə adaptasiya ola bilməyəcəklər. Valideynlər övladlarını düşərgələrə də qoya bilərlər. Sadacə olaraq, bunu psixoloq olaraq valideynlərə tövsiyə etdikdə narazılıq bildirirlər. Söyləyirlər ki, yay düşərgələrinin qiyməti çox bahadır. Ancaq nəzərə almaq lazımdır ki, düşərgədə xüsusi proqramlar təşkil olunur. Dərnəklər, müəllimlər fəaliyyətdədirlər. Ona görə də burada uşaqların sosiallaşması yüksək səviyyədədir. Yay aylarında bütün uşaqların istirahətə ehtiyacı var”.
Sevinc