Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.
Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tərəfindən təhsil işçiləri üçün istifadəyə veriləcək "TəhsilPlus" kartı məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulub.
Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova "Xəzər Xəbər"ə bildirib ki, kart 450 min nəfəri əhatə edəcək.
Kartlarda keşbeklərdən gələn gəlir də müəllimlərin rifahının yaxşılaşmasına sərf ediləcək.