Gülün ki, sağlam qalasız!

SOSİAL
22:15 / 21.07.2025
38

Gülmək sadəcə əhvalımızı yüksəltməklə qalmır, eyni zamanda sağlamlığımıza da bir çox fayda təmin edir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, gülmək bədənin stress hormonu olan kortizolun səviyyəsini azaldır. 

Stressli vəziyyətlərdə insan güləndə beyində endorfin hormonları istehsal olunur ki, bu da stresi minimuma endirir: 

“Gülmək, həmçinin əzələlərdəki gərginliyi də aradan qaldırır və rahatlama hissi yaradır. Bu təsir təkcə emosional deyil, eyni zamanda fiziki olaraq da hiss edilir. Gülmək ürək üçün faydalıdır, çünki qan təzyiqini azaldır və ürək ritmini stabilləşdirir. Gülərkən ürək döyüntüləri artır, bu da ürəyin daha effektiv işləməsinə səbəb olur. Belə ki, güldükdən sonra ürək döyüntüləri normallaşır və rahatlama effekti yaranır. Bunun nəticəsində damarlar genişlənir və qan dövranı yaxşılaşır. Gülüş, həm də ürək-damar sistemini gücləndirərək uzun ömürlü bir həyat keçirməyə kömək edir”.

Sevinc

0