Rasim Mehdiyev işdən çıxarıldı

SOSİAL
19:40 / 22.07.2025
64

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev vəzifəsindən azad edilib.

HİT.az "Teleqraf”a istinadən xəbər verir ki, iyulun 21-də onun əmək müqaviləsinə xitam verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Rasim Mehdiyev açıqlamasında bidirib ki, işdən çıxarılması yaşı ilə bağlıdır: "70 yaşım tamam olduğu üçün belə məsləhət oldu, işdən çıxarıldım”.

Qeyd edək ki, Rasim Mehdiyev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin əmisidir.
 

0